Modern.az

Baş Prokurorluq Elşad Abdullayevə cavab hazırlayır

Baş Prokurorluq Elşad Abdullayevə cavab hazırlayır

Təhsil

24 Sentyabr 2012, 13:36

Respublika Prokurorluğu fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin ittihamlarına cavab hazırlayır.

Bu barədə Baş Prokurorluqdan Modern.az-a bildiriblər. Məlumatda deyilir ki, Respublika Prokurorluğu Hesablama Palatasının Azərbaycan Dillər Universitetində aşkarladığı ciddi maliyyə nöqsanları və ABU-nun rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin bu yaxınlarda səsləndirdiyi ittihamlarla bağlı rəsmi açıqlama yayacaq.  

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası Azərbaycan Dillər Unieversitetində ciddi maliyyə nöqsanları aşkar etmişdi. Bildirilmişdi ki, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulub.

Bağlanmış Azərbaycan Beynəlxalq Unversitetinin keçmiş rektoru Elşad Abdullayev isə Baş Prokurorluğa müraciətində deputat Gülər Əhmədovaya 2 milyon dollar rüşvət verdiyini iddia edib. Bildirib ki, xanım millət vəkili həmin pulun müqabilində onu Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra itkin düşən qardaşı Mahirin sağ-salamat qaytarılacağına söz verib.
“Lakin o, vədinə əməl etmədiyindən, pulumu geri istədikdə isə məni həbslə və fiziki cəhətdən məhv etdirəcəyilə hədələdi”.
Elşad Abdullayev bildirib ki, Gülər Əhmədova ilə söhbətin videoçəkilişini və telefon danışıqlarının audio yazısını aparıb.

Gülər Əhmədova isə E.Abdullayevin iddialarını cəfəngiyyat və iftira adlandırıb.

Gültəkin Ələsgər

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi