Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə Nyu-Yorka gedib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək. XİN rəhbərinin çıxışı isə sentyabrın 28-ə nəzərdə tutulub.
Nazir həmçinin Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Modern.az