Modern.az

Ziyəddin Kazımov: “Məktəb bufetləri haqda indidən heç nə deməyəcəyik”

Ziyəddin Kazımov: “Məktəb bufetləri haqda indidən heç nə deməyəcəyik”

Təhsil

24 Sentyabr 2012, 15:29

Yeni dərs ili artıq bir həftədən çoxdur ki, başlayıb. Hər dərs ilində olduğu kimi, bu il də şagirdlərin məktəb bufetlərinə axını başlayıb. Bufetlərinin vəziyyətinə gəldikdə isə, bu gün saqqızdan tutmuş müxtəlif şirniyyat, içkilər, bir sözlə, marketlərdə satışa çıxarılan bütün qida növlərinə orada rast gəlmək mümkündür. Hər il bufetlərdə monitorinqlər aparılsa da, vəziyyət dəyişməz olaraq qalır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Modern.az-a açıqlamasında qeyd edib ki, məktəb bufetləri daim nəzarətdə saxlanılır: “Hələ ki yoxlamalara başlamamışıq, dərslər yeni başlayıb. Bir müddətdən sonra yoxlamalarımızı aparacağıq. Əsas məqsəd keyfiyyətsiz qida məhsullarının qarşısını almaqdır”.

Bufetlərə buraxılan məhsulların hansı firmalar tərəfindən verilməsi, kim tərəfindən ötürülməsinə gəlincə, mərkəzin şöbə müdiri qeyd edib ki, bu barədə indi heç nə deyə bilməz: “Yoxlamalar ölkə miqyasında aparıldığından ancaq dərs ilinin sonunda nəticələri deyə bilərəm”, – deyə Z. Kazımov bildirib.

Nihadə Eyyubova
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi