Daxili İşlər Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az saytına verdiyi açıqlamada bildirib ki, bir qrup şəxs Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərmiş, lakin polis bu qanunsuz aksiyanın qarşısını alıb.
“İctimai qaydanı pozduqlarına görə 13 nəfər saxlanılıb, onlardan 4-ü barəsində polisin qanuni tələbinə tabe olmadıqlarına görə inzibati protokol tərtib edilib, baxılması üçün rayon məhkəməsinə göndərilib. 9-u barəsində isə gələcəkdə belə halların baş verməməsi üçün xəbərdarlıq edilərək sərbəst buraxılıb”.
Qeyd edək ki, bu gün bir qrup şəxs Bakıda, Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Onlar Fransada çıxan "Charlie Hebdo" jurnalında islam peyğəmbərinin karikaturasının dərc edilməsinə etiraz ediblər.
Aytən Əliyeva