Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, millət vəkili Fuad Muradov bildirib ki, qurumun enerji təhlükəsizliyi üzrə Brüsseldə keçirilən seminarında Parlament Assambleyasının üzvləri olan avropalı deputatlar NABUKKO layihəsinin tam olaraq reallaşması üçün Avropa Parlamentində iş aparmağın vacibliyini vurğulayıblar.
“Seminar zamanı ümumilikdə Avropa regionunda gələcəkdə yeni infrastruktur layihələrinin inşası, mövcud layihələrin əhəmiyyətinin yüksəldilməsi müzakirə olunub”, - deyə F.Muradov bildirib.
Seminar zamanı avropalı deputatlar həmçinin Avropa Birliyinə daxil olan ölkələrin ümumi enerji siyasətinin olmamasını qeyd ediblər. Onlar hazırda enerji ötürülməsi ilə bağlı problemin istahsalçı ölkələrdə deyil, məhs AB-yə daxil olan ölkələrdə vahid siyasətin olmamasında görürlər.
Komitənin həmsədri olan Fuad Muradov bildirib ki, seminar zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin qorunmasında olan xüsusi rolunu, habelə prezident İlham Əliyevin enerji layihələrini şəxsən dəstəkləydiyini vurğulayaraq, bunun bir sıra Asiya ölkələri üşün örnək olması istəyini bildiriblər.
F.Muradov bildrib ki, seminarın sonunda tədbirin hər il ənənəvi olaraq keçirilməsi barədə Avropa Parlamentinin katibliyinə müraciət ünvanlanıb.
“Müraciət müsbət cavablandırılarsa, növbəti il üçün seminarın Bakıda və yaxud Vilnüsdə keçirilməsi müzakirə olunacaq”, - deyə deputat qeyd edib.
Modern.az