Modern.az

MTRŞ ANS-lə bağlı daha bir iclas keçirdi

MTRŞ ANS-lə bağlı daha bir iclas keçirdi

Təhsil

24 Sentyabr 2012, 17:33

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən Modern.az-a bildirilib ki, iclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
MTRŞ bəyan edib ki, 21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan «İkinci həyat» verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi