Modern.az

Dillər Universiteti cinayət işi ilə bağlı açıqlama verdi

Dillər Universiteti cinayət işi ilə bağlı açıqlama verdi

Təhsil

24 Sentyabr 2012, 18:31

Azərbaycan Dillər Universiteti ali təhsil ocağında  Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində aşkar olunan maliyyə pozuntuları ilə bağlı Baş Prokurorluğun başlatdığı cinayətinə münasibət bildirib. Universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bununla bağlı artıq danışmağa ehtiyac olmadığını, hər şeyin araşdırıldığını bildirib

“Prokurorluğum mətbuat xidməti artıq  açıqlama yayıb. Mən başqa nə açıqlama verə bilərəm ki? Bizdə bu fakt təkzib olunmayıb, universitet tərəfindən faktla bağlı açıqlama verilib. İndi isə Baş Prokurorluq açıqlama yayıb, işi də onların özü aparır.  Onlar özləri araşdırırlar, bundan başqa mən heç bir açıqlama verə bilmərəm”, - ADU rəsmisi vurğulayıb.

Qeyd edək ki, Baş Prokurorluq universitetdə aşkar olunan maliyyə pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi açıb.

Bildirilib ki,  universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəlimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

 

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi