Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, general-polkovnik Səfər Əbiyev yeni səfiri təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələləri, bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.