Modern.az

Nəşriyyat təmirə dayanır, bəs qəzetlərin aqibəti necə olacaq?

Nəşriyyat təmirə dayanır, bəs qəzetlərin aqibəti necə olacaq?

Təhsil

25 Sentyabr 2012, 14:52

“Nəşriyyat əsaslı təmir olunacaq”. Bu barədə Modern.az-a açıqlamasında “Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova deyib. Onun sözlərinə görə, nəşriyyat yaxın zamanlarda əsaslı təmirə dayanacaq.

B. İsmayılova bildirib ki, təmir hissə-hissə aparılacaq. Beləliklə, redaksiyaları bu binada yerləşən qəzetlərin fəaliyyətində maneçilik olmayacaq. “Təmir nə vaxt başlanacaq və nə bitəcək bu haqda heç nə deyə bilmərəm. Bu, mühəndislərdən asılıdır”.

Qeyd edək ki, dünən “Azadlıq” qəzetinin əməkdaşları qəzetin bugünkü sayının çap olunmayacağını bildirmişdilər. Buna səbəb kimi  “Azərbaycan” Nəşriyyatının 9-cu mərtəbəsində yerləşən “Azadlıq” qəzetinin redaksiyasını su basması göstərilirdi. Təmir nəticəsində bu problemin aradan qalxacağı bildirilir.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi