Bir müdət öncə Azərbaycan teleməkanında ən açıq-saçıq mövzularda verliş aparmaqla tanınmış Zemfira Adıgözəlovanın yaxın zamanlarda ürəyindən əməliyyat olunacağı haqda məlumat vermişdik. Aparıcı Modern.az-a bildirib ki, cərrahiyyə əməliyyatı bir qədər təxirə salınıb.
“Həkimim dedi ki, əməliyyatı sərin aylarda etmək daha məsləhətli olar.Vəziyət o dərəcədə kəskin olmadığı üçün bir az gözləyə bilərik. Ona görə də oktyabr ayının axırları və ya noyabrın 15-nə qədər əməliyyat etdirəcəm. Məni əməliyyat edəcək türkiyəli Kamil həkim müayinədən sonra dərman yazıb, hər gün onu qəbul edirəm. Hələki şükürlər olsun bir şey yoxdur. Ancaq təminat verilib ki, əməliyyatdan sonra aritmiya deyilən bir şey olmayacaq. Azərbaycandan kənara çıxdınsa, əməliyyat üçün xərclər daha da çoxalır. Türkiyədə Memorial xəstəxanası ən öndə gedən tibb müəssisələrindən biridir. Mənim əməliyyatım 10 min manat civarındadır və lazer vasitəsi ilə həyata keçiriləcək. Mən elə insan deyiləm ki, bir şey olan kimi qaçım həkimə. Canımın üstündə əsən insanlardan deyiləm. Sadəcə yaxınlarımın təkidi ilə mən bu əməliyatı keçirirəm. Məndən olsa 10 min manatı heç o əməliyata vermərəm”.
Teleaparıcı onu da deyib ki, televiziyada yeni layihə üzərində çalışır.
“Çəklişlər davam edir. Hazırda “Qızıl parad”ın aparıcısıyam. Eyni zamanda da yeni şou xarakterli layihəyə hazırlıq gedir. O barədə hələ bir söz demək istəməzdim, çünki hələ hazırlıqlar gedir. Ola bilər ki, layihə başlasın, sonra əməliyata gedim. Amma özüm istəyərdim əməliyatdan sonra başlayım layihəyə. Dəqiq bilmirəm, bunu zaman göstərəcək. Layihə noyabr ayından gec başlamayacaq. Gələn aya, oktyabr ayı üçün layihənin təqdimatını düşünürük”.
Şahanə RƏHİMLİ