Modern.az

Artur Rasizadənin qərarı çörəyi ucuzlaşdıracaq?

Artur Rasizadənin qərarı çörəyi ucuzlaşdıracaq?

Təhsil

25 Sentyabr 2012, 18:57

Ölkəmizdə buğda və un idxalına tətbiq edilən Əlavə Dəyər Vergisi (ƏDV) Nazirlər Kabinetinin qərarı ilə yenidən ləğv edilib. Hökumətin bu addımı tələbatın ödənilməsinə və qiymət artımının qarşısını almağa yönəlib.

Bəzi ekspertlər deyirlər ki, ƏDV-nin ləğvi unun, çörəyin və taxıl məmulatlarının qiymətində ucuzlaşma yaradacaq.   

ƏDV-nin ləğvinin taxıl məhsullarının qiymətində ucuzlaşmaya səbəb olacağı barədə qənaətləri iqtisadçı ekspert Vüqar Bayramov da bölüşür. Onun sözlərinə görə, ƏDV-nin ləğvi çörəyin qiymətində ucuzlaşma yaratmasa da, taxıl məhsullarında ucuzlaşmanın olacağı gözləniliur. İqtisadçının dediyinə görə, dünya bazarındakı qiymət artımı Azərbaycanı idxal olunanan buğdaya tətbiq olunan ƏDV-ni ləğv etmək məcburiyyətində qoyub.

“Son bir ayda dünya bazarında taxılın qiymətində 8 faziə yaxın artım olub. Xüsusən Rusiyada taxıl istehsalının azalması dünya bazarında taxıl qıtlığı yaradıb. Rusiyada bu ilin yekunlarına görə, taxıl ixracının məhdudlaşdırılması ilə bağlı xüsusi qərar da qəbul edib. Bu baxımdan taxıla ƏDV-nin ləğv olunması dünya bazarındakı vəziyyətlə bağlıdır. Baxmayaraq ki, Azərbaycanda 2012-ci ilin yekunlarına görə, 2,7 milyon ton taxıl istehsal olunub, amma bu da tələbatın 80 faizi deməkdir. Bütün bunlara baxmayaraq, xaricdən idxal həcmi təxminən ümumi tələbatın 20 faizini təşkil edir. ƏDV aradan qaldırılıb, çörəyin qiymətində azalmaların olacağı gözlənilmir. Amma unun və taxıl  məhsullarının qiymətində azalma olacaq. Çünki dünya bazarında qiymət artımı 8 faiz, ƏDV isə 30 faizdir. Ona görə də un və taxıl idxalı ilə məşğul olnalar 10 faizə yaxın artım əldə etmiş olurlar. Bu baxımdan Azərbaycanda qiymət azalması müşahidə olunmayacaq. Çünki adətən Azərbaycanda vergidən azad olunanda qiymət ucuzlaşması baş vermir. Buğda və un idxalına tətbiq edilən Əlavə Dəyər Vergisinin ləğvi də çörəyin qiymətini tənzimləmək və qiymət artımına yol verməmək üçün atılmış bir addımdır”.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, Azərbaycanda ƏDV-nin ləğv olunması dünya bazarında ərzaq buğdasının  qiymətindəki dəyişikliklərlə bağlıdır. Nazirlik sözçüsü bildirib ki, Nazirlər Kabinetinin bu qərarı dünya bazarında ərzaq buğdasının qiymətində artımın Azərbaycan bazarında minimuma endirilməsi və daxili bazarda buğda ununun qiymətinin stabil saxlanılmasının təmin olunmasıdır.    

Gültəkin Ələsgər       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi