Modern.az

Davudoğlu : “Vaşinqton Ankaraya təzyiq edir”

Davudoğlu : “Vaşinqton Ankaraya təzyiq edir”

Dünya

8 Fevral 2010, 14:05

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hesab edir ki, Vaşinqtonun ifrat cəhdləri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini heçə endirə bilər. Modern.az xəbər verir ki,  Davudoğlu bu barədə qondarma erməni genosidi məsələsinin cari ilin martında ABŞ Konqresində müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib. XİN başçısı qeyd edib ki, Vaşinqton bununla Ankaraya təzyiq göstərməyə çalışır. “Lakin Türkiyə o ölkə deyil ki, onunla təzyiq vasitəsi ilə danışmaq mümkün olsun”,-deyə Davudoğlu bildirib.

Davudoğlu bəyan edib ki, qondarma genosid məsələsinin Konqresdə qaldırılması, erməni-turk protokollarına  dair Ermənistan Konstitusiya Məhkəməsinin qərarı,  Soçidə Qarabağa dair aparılan danışıqlarda prezident Serj Sərkisyanın qeyri-konstruktiv mövqeyi – bütün bunlar eyni bir zəncirin həlqələridir. “Qoy heç kim bizi  24 aprellə şantaj etməsin, kimsə bizə təzyiq göstərmək istəyirsə, bilsin,  bu, mənasız işdir. Türkiyə qərarları özünün milli maraqlarına uyğun şəkildə qəbul edir”,-deyə Davudoğlu deyib.

 

Diplomat qeyd edib ki, məsələlərin bu cür qoyuluşu nə Vaşinqtonun, nə Ankaranın, nə də İrəvanın maraqlarına uyğundur. Buna görə də ABŞ bu məsələyə daha diqqətl yanaşmalı və ifrat səyləri ilə prosesə  mane olmamalıdır.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu