Rüstəm Xəlilov pambıq sahəsində becərmə işləri ilə tanış olub - FOTOLAR

Rüstəm Xəlilov pambıq sahəsində becərmə işləri ilə tanış olub - FOTOLAR

19 May 2021, 11:26

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov pambıq sahəsində becərmə işləri ilə tanış olub. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: Aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. 

 

Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə rayonda aqrar sektorda inkişaf tempi sürətlə davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20.04.2021-ci il tarixdə Hacıqabul rayonuna növbəti səfəri zamanı pambıq tarlasında əkin prosesini izləməsi pambıq istehsalı ilə məşğul olan sahibkarları daha da ruhlandırmışdır.

Ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən rayonda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qısa müddət ərzində qərargah yaradılmış,   “P-Aqro” MMC və aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub və 300 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilmə işləri həyata keçirilir.

19.05.2021-ci il tarixdə rayon İcra Hakimiyyətinın başçısı Rüstəm Xəlilov pambıq əkin sahələrində olaraq mövcud vəziyyətlə yerində tanış olmuş, fermerlərə tapşırıq və tövsiyələrini vermişdir. 

Ötən il rayonda pambıq sahələrinə göstərilmiş yüksək aqrotexniki qulluq nəticəsində  30 sentnerdən yuxarı məhsul ələ edilmişdir. Cari ildə də hədəfimiz məhsuldarlığı daha da artırmaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu