Modern.az

Parlamentin 1 oktyabr iclasının gündəliyi- SİYAHI

Parlamentin 1 oktyabr iclasının gündəliyi- SİYAHI

Parlament

25 Sentyabr 2012, 19:43

Milli Məclisin 2012-ci il payız sessiyasının oktyabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub. Bu barədə Modern.az saytına parlamentdən məlumat verilib. Milli Məclisin oktyabrın 1-də keçiirləcək iclasının gündəliyinə 17 məsələ daxildir.
Modern.az bildirir ki, həmin məsələlərin siyahısına

Payız sessiyasının qanunvericilik işlər planının təsdiqlənməsi;

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının təsdiqi;

Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi ilə bağlı qanuna dəyişiklik;

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı yubiley medalının təsis edilməsi;

“Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişikliklər;

“Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişiklik;

“Milli Arxiv Fondu haqqında” qanuna dəyişiklik;

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;

... və bir sıra digər qanunlara dəyişikliklərlə bağlı məsələlər daxildir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım