Milli Məclisdə jurnalistlərin akkreditasiyası ilə bağlı mövcüd qanunvericilik əsasında akkreditə qaydaları hazırlanır.
Modern.az xəbər verir ki, bununla bağlı “MediaTürk TV”nin efirində yayımlanan “Parlament səsi” proqramında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qayıbov bildirib.
O qeyd edib ki, bu qaydalarda beynəlxalq təcrübə nəzərə alınır:
“Milli Məclisin fəaliyyətinin işıqlandırıması ilə bağlı yeniliklərə ehtiyac var. Ona görə, mətbuat orqanlarının parlamentə akkreditasiyası ilə bağlı yeni qaydalar hazırlanır. Bu qaydalardakı bəzi müddəalar ilk dəfə olacaq”.