Modern.az

Bayden Netanyahu ilə İsrail Fələstin münaqişəsini müzakirə etdi

Bayden Netanyahu ilə İsrail Fələstin münaqişəsini müzakirə etdi

Dünya

19 May 2021, 18:02

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

 

Telefon danışığı zamanı tərəflərQəzzadakı vəziyyət, İsrailin "HƏMAS" və digər terrorçu ünsürlərin fəaliyyətinin zəiflədilməsi istiqamətində irəliləməsi, regional dövlətlərin hökumətlərinin və ABŞ-ın davam edən diplomatik səyləri barədə ətraflı müzakirə aparıblar.

 

ABŞ Prezidenti İsrailinBaş nazirinə bildirib ki, o, bu gün gərginliyin ciddi şəkildə azalacağını gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza