Modern.az

İran səfiri Bakıya niyə gəlmir?

İran səfiri Bakıya niyə gəlmir?

Təhsil

26 Sentyabr 2012, 13:15

İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ain hələ də Bakıya gəlməyib. Bu barədə Modern.az saytına İranın Azərbaycandakı səfirliyindən bildirilib.

“Yeni təyin olunmuş səfir  hələ gəlməyib. Onun gəlmə vaxtı da dəqiq bilinmir”-deyə səfirliyin əməkdaşı vurğulayıb. Səfirin niyə gecikməsi ilə bağlı sualın cavabında səfirliyin məsul şəxsi qeyd edib ki, bu barədə onlarda heç bir məlumat yoxdur.   İranın Azərbaycana təyin etdiyi yeni səfir Tailand, Özbəkistan və Zambiyada da işləyib . Qeyd edək ki, yeni səfirdən öncə bu postu Məhəmmədbağır Bəhrami tutub.  

Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi