Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizə yeni təyin olunan səfiri Riçard Morninqstarı qəbul edib.
Nazirliyin mətbuatda xidmətindən Modern.az-a verilən məlumata görə, S.Əbiyev Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ABŞ və Azərbaycan arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən naliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.
Regionda mövcud hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan nazir Səfər Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk Qrupuna daxil olan ölkələrin fəaliyyətlərini gücləndirmələrinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.
Modern.az