Modern.az

Azərbaycanda korrupsiya ilə mübarizə üzrə 1-ci fəaliyyət planını 2-ci plan əvəz edir

Azərbaycanda korrupsiya ilə mübarizə üzrə 1-ci fəaliyyət planını 2-ci plan əvəz edir

Təhsil

26 Sentyabr 2012, 14:13


Bu gün Bakıda hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının ictimai müzakirəsi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının nümayəndəsi Vüsal Hüseynov çıxışı zamanı bildirib ki, Azərbaycanda korrupsiya ilə mübarizə üzrə 1-ci fəaliyyət planını artıq 2-ci yeni fəaliyyət planı əvəz edir: 

“Bu da ki həmin sahədə daha təkmilləşdirilmiş şəkildə korrupsiya ilə mübarizənin aparılmasına şərait yaradacaq. Bu gün artıq elektron xidmətlərin təkmilləşdirilməsi öz əksini tapır və vətəndaşların dövlət qurumuna getmədən onlayn şəkildə əlaqə yaratmasına şərait yaradılır. Dövlət orqanları tərəfindən qərarların qəbul edilməsində vətəndaş cəmiyyətinin cəlb edilməsi təşviq edilir. Bu işi ya onlayn formada, ya dəyirmi masaların təşkil olounması ilə həyata keçirmək olar”.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə tədbirdə bildirib ki, bu proqramların icrasında QHT-lərin aktivliyini təşviq etmək vacibdir:

“Artıq vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə edilməsində, hüquqlarının qorunmasında ASAN-Xidmət mərkəzlərindən yararlana biləcəklər. Bu, Azərbaycan dövlətinin milli maraqları prizmasından çox vacib olduğundan QHT-lər də həmin işdə fəallıq nümayiş etdirəcək”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, tezliklə Azərbaycanda fəaliyyət göstərəcək ASAN-Xidmət mərkəzləri özündə 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək. O qeyd edib ki, adı çəkilən mərkəzlərin fəaliyyətinin şəffaflığının qorunması əsas şərtlərdən biri olacaq:
“Vətəndaş artıq bir-birindən kilometrlərlə aralı olan dövlət orqanlarına bir bina içərisində baş vura biləcək. Vətəndaşlar mərkəzdə olan informasiya köşkünə yaxınlaşacaq və oradan istənilən dövlət orqanına müraciət etməyi, növbəyə yazılması həyata keçiriləcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi