Modern.az

Müsavat Gülər Əhmədova ilə bağlı bəyanat yaydı

Müsavat Gülər Əhmədova ilə bağlı bəyanat yaydı

Təhsil

26 Sentyabr 2012, 15:48

Müsavat partiyası millət vəkili Gülər Əhmədova haqda yayılan videoqalmaqalla bağlı bəyanat yaydı. Partiyadan Modern.az-a daxil olan bəyanatda qeyd edilib ki, YAP Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın sosial şəbəkələrdə, o cümlədən, elektron KİV-lərdə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə rüşvət müqabilində parlamentə düşəcəyinə dair yayılan videogörüntüləri cəmiyyətdə şok effekti yaradıb.

“Videogörüntülərdə bir universitet rektoru, bir deputat  və bir kitabxana müdiri arasında  Milli Məclisə deputat seçilməsi ilə bağlı pul sövdələşmələrindən söhbət gedir. Həmin danışıqlarda  küllü miqdarda pul müqabilində deputat seçilmək üçün universitet rektorunun adının Prezident Aparatının hazırladığı siyahıya salınacağı vədi verilir. Videoda əks olunanlar Müsavat Partiyasının, İctimai Palatanın, eləcə də, digər müxalifət qüvvələrinin Azərbaycanda saxtakarlıqla formalaşdırılmış qeyri-legitim parlamentin buraxılması, təcili seçki islahatları və ardınca yeni parlament seçkilərinin keçirilməsi tələbini yenidən aktuallaşdırır. Müsavat Partiyası hakimiyyətdən parlamentin buraxılmasını və Milli Məclisə azad, ədalətli seçkilərin keçirilməsini tələb edir”, - deyə bəyanatda vurğulanıb. 

Anar RÜSTƏMOV  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi