Modern.az

Arif Hacılıdan Sərdar Cəlaloğluna cavab: “Gücümüzü göstərəcəyik”

Arif Hacılıdan Sərdar Cəlaloğluna cavab: “Gücümüzü göstərəcəyik”

Təhsil

26 Sentyabr 2012, 16:08

Müsavat Partiyasının Mərkəzi İcra Aparatın rəhbəri  Arif Hacılı ADP sədri Sərdar Cəlaloğlunun prezident seçkilərində müxalifətin uduzacağı haqda açılamasında cavab verib. Modern.az-la söhbətdə S.Cəlaloğlunun fikirlərilə razılaşmadığını deyən A.Hacılı müxalifətin tezliklə aktiv siyasi proseslərə başlayacağını bildirib.

“Hesab edirəm ki, yaxın zamanlarda müxalifət düşərgəsində seçki ilə bağlı siyasi aktivlik hiss olunacaq. Bu, xətt üzrə davam edəcək. Biz yenə də hər zaman olduğu kimi aktiviyimizi nümayiş etdirəcəyik. Hazırda bu istiqamətdə danışıqlar aparırıq. Seçkiöncəsi hər şey özünü göstərəcək”, - deyə Müsavat rəsmisi vurğulayıb. Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında bəyan edib ki, Azərbaycan müxalifəti prezident seçkilərində məğlubiyyətə uğrayacaq. Partiya sədri fikirlərinə belə əsas gətirmişdi:

“Təbii ki, seçkiöncəsi müxalifət düşərgəsində ümumi passivlik hökm sürür. Ümumiyyətlə,  Azərbaycan müxalifəti hazırda seçki ab-havasında deyil. Seçkiyə 9 ay vaxt qalıb, amma müxalifət yerindən tərpənmək istəmir. Təəssüflər olsun ki, müxalifət seçki ilə bağlı ciddi bir iş görmür. Yanlış bir siyasət aparılır. Vaxt baxımından biz seçkilərdə uduzmuşuq. Bundan sonra müxalifət birləşsə belə, ciddi addım atsa da, ciddi nəticələr əldə edə bilməyəcək. Vaxtı artıq biz əldən vermişik”.  

Anar RÜSTƏMOV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi