Modern.az

Milli Məclisdən deputatla bağlı qalmaqala münasibət: “Bu məsələ araşdırılmalıdır”

Milli Məclisdən deputatla bağlı qalmaqala münasibət: “Bu məsələ araşdırılmalıdır”

Parlament

26 Sentyabr 2012, 16:50

Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yayılan qalmaqallı videomateriala Milli Məclisdən münasibət bildirilib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında deyib ki, əvvəla bu məsələ araşdırmalıdır ki, həqiqətdir, yoxsa yalan.

“Bu araşdırma tələb edən bir məsələdir. İkincisi, heç kim rüşvət və ya başqa qanunsuz yollarla hər hansı vəzifəyə, seçkili orqana özünü təhkim edə bilməz. Azərbaycanda bütün hüquqlar işləyir. Azərbaycan hüquqi-dünyəvi dövlətdir. Burada heç kəs öz çirkin niyyətini həyata keçirə bilməz”, – deyə A.Təvəkküloğlu vurğulayıb.

Qeyd edək ki, hazırda Fransada mühacirətdə olan keçmiş rektor Elşad Abdullayev dünən axşam saatlarında deputat Gülər Əhmədova haqda qaldırdığı rüşvət iddiasına dair gizli videoçəkiliş yayımlayıb.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım