Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zannierlə görüş keçirib. XİN-dən Modern. az saytına verilən məlumata görə, görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Minsk Qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Modern.az