Modern.az

Hesablama Palatası daha bir neçə universiteti yoxlayacaq

Hesablama Palatası daha bir neçə universiteti yoxlayacaq

27 Sentyabr 2012, 09:02

İnstitut rektoru: “Hesablama Palatası əməkdaşlarının yolunu gözləyirik”

Hesablama Palatası yaxın vaxtlarda bir sıra universitetlərdə yoxlamalar aparacaq. Bu universitetlər sırasında Azərbaycan Müəllimlər İnstitutu (AMİ) da var.

AMİ-nin rektoru Aqiyə Naxçıvanlı Modern.az-a təsdiqləyib ki, noyabr-dekabr aylarında Hesablama Palatası tərəfindən adıçəkilən təhsil ocağında yoxlamalar aparılacaq:

“7 ildir ki, Hesablama Palatası tərəfindən bizim institutda heç bir yoxlama aparılmayıb. Mən bura yeni rektor təyin olunan zaman 11 filialın hər birində yoxlamalar aparılırdı, Ağcabədi filialında xoşagəlməz faktlar, saxtakarlıqlar aşkarlandı və bir sıra işçilər işdən azad olundu. İndi isə bu noyabr-dekabr aylarında yoxlamaların aparılması nəzərdə tutulur, amma hələ ki bizə rəsmi sənəd gəlməyib”.

Dövlət Tibb Universitetində də hələ heç bir yoxlama aparılmayıb.

Universitet rektorunun köməkçisi Aydın Vəliyev bildirib ki, Hesablama Palatası tərəfindən universitetdə 1 ildən çoxdur ki, yoxlamalar aparılıb: “Universitetdə heç bir qanun pozuntusu, saxtakarlıq aşkarlanmayıb. İnanmıram ki, belə bir fakt olsun. Hesablama Palatasının universitetdə yenidən yoxlama aparacağı barədə isə məlumatsızam”

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası tərəfindən  aparılan monitorinq zamanı Azərbaycan dillər Universitetində təhsil ocağının məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğu faktı qeydə alınıb.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?