Modern.az

Qonşu ölkədə daha 216 nəfər koronavirusdan öldü

Qonşu ölkədə daha 216 nəfər koronavirusdan öldü

Dünya

23 May 2021, 13:59

İranda ötən sutka ərzində 216 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az  xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 78 597 nəfərə yüksəlib.

 

İranda ötən sutka ərzində 8 631 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 832 518 nəfərə çatıb. Virus daşıyıcılarından 4 855 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza