Modern.az

Vitse-spiker: “Ermənilərin Ramil Səfərov məsələsini qaldıracağı gözlənilir”

Vitse-spiker: “Ermənilərin Ramil Səfərov məsələsini qaldıracağı gözlənilir”

Təhsil

27 Sentyabr 2012, 10:17

Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in Albaniyada keçiriləcək payız sessiyası ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, erməni tərəfi Ramil Səfərovla bağlı məsələni qabardaraq fürsətdən istifadə etməyə çalışacaqlar.

“Azərbaycan ATƏT-in Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək payız sessiyasına hazırlaşır. Qeyd edim ki, sessiyada həm iqtisadi, siyasi, həm də insan haqları ilə bağlı məsələlər geniş müzakirə olunacaq. Azərbaycanın nümayəndə heyəti bütün müzakirələrdə iştirak edərək öz münasibətlərini bildirəcək. Erməni tərəfinin isə Ramil Səfərov məsələsinin qabartması ehtimalı var. Bu, onların əlində bir bəhanədir. İstənilən yerdə diqqəti əsas məsələdən yayındıraraq status-kvonu saxlamaq üçün bu məsələdə Azərbaycana qarşı cəhdləri davam etdirməkdədirlər. Təbii ki, onlar yenə bu fürsətdən istifadə etməyə çalışacaqlar”, - deyə vitse-spiker qeyd edib.

Anar KƏLBİYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi