Modern.az-ın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib. Nazir müavinin sözlərinə görə, Avropa ölkələri ilə viza məsələsinin sadələşdirilməsi istiqamətində növbəti görüşlər noyabrda Bakıda keçiriləcək.
“Azərbaycan Avropanın qonşuluq siyasətində iştirak edir. Bu baxımdan Azərbaycanın Avropa ölkələri ilə viza rejiminin sadələşdirilməsi nəzərdə tutulub. Qeyd edim ki, viza ilə bağlı məsələlər ərtafında danışıqlar noyabrda Bakıda keçiriləcək”, - deyə M.Məmmədquliyev vurğulayıb. Nazir müavini daha sonra Azərbaycanın Ümumdünya ticarət təşkilatına üzv olması ilə bağlı açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilir.