Modern.az

Avropalı deputat: “ATƏT-in Minsk Qrupu Qarabağ məsələsinin həlli üçün daha çox işlər görməlidir”

Avropalı deputat: “ATƏT-in Minsk Qrupu Qarabağ məsələsinin həlli üçün daha çox işlər görməlidir”

Təhsil

27 Sentyabr 2012, 12:05

Azərbaycanla Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərməlidir. Bunu Sloveniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin üzvü İvo Vayql bildirib. Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda İvo Vayql deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamenti və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və onun mövqeyini dəstəkləyir.

“Lakin biz Azərbaycanın səsləndirdiyi narazılıqlara və beynəlxalq təşkilatlara edilən tənqidlərə qoşuluq. Düşünürük ki, ATƏT-in Minsk Qrupu məsələnin həlli ilə bağlı daha çox işlər görməlidir”.

Sloveniyanın keçmiş xarici işlər naziri qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Avropa Parlamentindən də daha çox səylər gözləyir və AP buna qarşılıq göstərməlidir:

“Bunun üçün Azərbaycanla Avropa Parlamenti bir çox işlər görməlidir. Bizim də əsas mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbnaycanın haqlı mövqeyinə hörmət bəsləməli, Azərbaycanın suverenliyi bərpa olunmalı, qaçqın
və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və onlara əlavə hüquqlar verilməlidir”.

Avropalı deputat bildirib ki, bu gün Azərbaycan böyük ambisiyalara malikdir ki, bunun da sayəsində beynəlxalq arenada mühüm rol oynaya bilər.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi