Modern.az

Dünyada yeni ölümcül virus əmələ gələcək - ÜST-dən AÇIQLAMA

Dünyada yeni ölümcül virus əmələ gələcək - ÜST-dən AÇIQLAMA

Dünya

24 May 2021, 21:35

Dünyada daha yoluxucu və yeni ölümcül virus əmələ gələcək.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Cenevrədə bu gün açılan 74-cü Ümumdünya Səhiyyə Assambleyasında çıxışında bildirib.

 

“Dünya pandemiya təhlükəsi ilə sonuncu dəfə qarşılaşmır. Təkamül dəyərlərinə görə, yeni virus əmələ gələcək, potensial olaraq indiki virusla müqayisədə daha yoluxucu və daha ölümcül olacaq” - Tedros Qebreyesus deyib.

 

ÜST rəhbəri koronavirus pandemiyasına qarşı mübarizədə böyük dövlətlərin vaksin inhisarçılığından narazılığını da ifadə edib.

O, COVİD-19 peyvəndlərinin haqsız paylanmasını tənqid edərək, əhalisinin əksəriyyətini peyvəndləyən ölkələrə və peyvənd istehsalçılarına müraciət edib:

 

"Bütün peyvəndlərin yüzdə 75-dən çoxu yalnız 10 ölkədə tətbiq olunur. Bunu söyləmək üçün diplomatik bir yol yoxdur, çünki dünyada peyvəndlərin əksəriyyətini istehsal edən və satın alan kiçik bir qrup ölkələr dünyanın geri qalanının taleyini kontrol edir".

 

Tedros Qebreyesus bildirib ki, qlobal miqyasda davam edən peyvənd böhranı, epidemiyanı qalıcı hala gətirən skandal bir bərabərsizlikdir. 

 

Baş direktor peyvənd istehsalçılarından bu il istehsal etdikləri peyvəndlərin yüzdə 50-sini COVAX-a vermələrini istəyib.

O, böyük dövlətlərə də bu barədə çağırış edib:

 

"Bu, yalnız dörd ayda 250 milyon insana peyvənd etmək deməkdir. Vəziyyətin bu şəkildə qalacağına zəmanət yoxdur. Bu virus daim dəyişir. Çox açıq danışmalıyıq, epidemiya bitməyib. Bütün ölkələrdə virusa yoluxma nəzarət altına alınmayana qədər pandemiya bitməyəcək".

 

Fransa Prezidenti Emmanuel Makron isə ÜST-ün maliyyə cəhətdən gücləndirilməsi və gələcəkdə epidemiyaların qarşısını almaq üçün yeni bir beynəlxalq "pandemiya müqaviləsi" bağlamaq təklifini irəli sürüb:

 

"Bu epidemiyadan öyrənə biləcəyimiz ilk dərs, yalnız birlikdə uğur qazana biləcəyimizdir. Heç bir ölkə təkbaşına özünü xilas edə bilməz və heç bir ölkə digərlərini xilas edə bilməz".

 

Almaniya kansleri Angele Merkel də Makronun "epidemiya müqaviləsi" tövsiyəsi ilə razılaşdığını bildirib.

 

"Epidemiya, xüsusilə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xatırladır. Epidemiya ilə bağlı ÜST-də təkliflərə baxılmalı və ortaq komitələr qurulmalıdır".

 

Turan ASLAN

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza