Modern.az

“Avropaya inteqrasiyanın ləngiməsində təqsirkar Rusiyadır” - DEPUTAT

“Avropaya inteqrasiyanın ləngiməsində təqsirkar Rusiyadır” - DEPUTAT

Təhsil

27 Sentyabr 2012, 13:23

“Azərbaycanın Avropaya inteqrasiyasının ləngiməsində Rusiyanın rolu var”. Modern.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, Avropaya inteqrasiya Azərbaycan tərəfindən stabil şəkildə həyata keçirilir: “Əks fikirlərin göstərilməsi mümkün deyil. Azərbaycan gələcəkdə daha mədəni cəmiyyət qurmaq istəyir”.

Deputat qeyd edib ki, bizdə demokratikləşməklə bağlı ləngimələr var. “Bunun da səbəbi cəmiyyətin psixoloji durumunun hazır olmamasıdır. Buna da əsas verən odur ki, 1 milyon məcburi köçkün iztirab içindədir. Gərək əvvəlcə bu problem öz həllini tapsın”.

F. Mustafanın sözlərinə görə, Azərbaycanın  Avropaya inteqrasiyanın ləngiməsi Rusiya ilə bağlıdır. “Rusiya demokratikləşməni ləngidir. Rusiyanın hegemonluğu Avropaya da təsir edir. Onlar bu məsələ də Azərbaycana maneçilik edir”.

Anar Kəlbiyev  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi