Modern.az

Prezidentliyə namizədlərdən 585-i seçkilərə BURAXILMADI

Prezidentliyə namizədlərdən 585-i seçkilərə BURAXILMADI

Dünya

25 May 2021, 13:52

İranda 18 iyun tarixində keçiriləcək prezident seçkilərində iştirak etmək üçün müraciət edən 592 nəfərdən yalnız 7 namizədin iştirak etməsinə icazə verilib.

 

Modern.az xarici mətbuata istinadən bildirir ki, bu haqda Konstitusiya Himayəçilər Şurasının sözçüsü Abbas Əli Kedhodayi məlumat verib. Kedhodayi namizədlik üçün müraciət edən 592 müraciətçidən yalnız 40-nın uyğun olduğunu açıqlayıb.

Qeyd edək ki, namizədlərin seçkilərdə iştirak etmək üçün uyğun olub-olmadığı Konstitusiya Qəyyumlar Şurasına bağlı olan Müşahidə Şurası tərəfindən həll edilir.

 

Mehri Qurban

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza