Modern.az

Köçəryan SÖZ VERDİ: “Paşinyanın reytinqini aşağı salacağıq”  

Köçəryan SÖZ VERDİ: “Paşinyanın reytinqini aşağı salacağıq”  

Dünya

25 May 2021, 14:06

“Hayastan” bloku seçkilərdən əvvəl hökumət rəhbərinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın reytinqini aşağı salmağa çalışacaq.

 

Modern.az xəbər verir ki, bu barədə blokun lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırkı rəhbərliyin və Paşinyanın özünün müəyyən bir reytinqə var və rəy sorğusu aparan insanların dürüstlüyünə şübhə etməyə meyilli deyil:

“Ancaq əminik ki, parlamentdə onunla əməkdaşlıq etməyə hazır olan qüvvələr olmadığı təqdirdə hökumət qurmaq mümkün deyil. Bu siyasi qüvvə hökumət qura və idarə edə bilməyəcək. Bu göz qabağındadır. Ancaq reytinqi sona qədər aşağı salmağa çalışacağıq”.

 

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20- nə təyin edilib. Seçki kampaniyası isə rəsmi olaraq 7 İyunda başlayacaq.

 

Aysel Məhərrəm

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza