Modern.az

Jurnalist İnqilab Məmmədov “Xəzər” TV-də vəzifəyə təyin olunub

Jurnalist İnqilab Məmmədov “Xəzər” TV-də vəzifəyə təyin olunub

Media

27 Sentyabr 2012, 14:04

“Kaspi” qəzetinin keçmiş baş redaktoru, ATV-nin xəbərlər departamentinin rəhbəri olmuş İnqilab Məmmədov  “Xəzər” TV-də yeni təyinat alıb. O, “Xəzər” TV-də yeni yaradılan İctimai-siyasi şöbənin rəhbəri vəzifəsinə təyin edilib.

“Xəzər” TV-nin mətbuat xidmətinin rəhbəri Məryam Qulamova xəbəri Modern.az-a açıqlamasında  təsdiqləyib. 

İ.Məmmədov bu təyinatadək Daxili İşlər Nazirliyi mətbuat xidmətinin çəkiliş qrupunun rəhbəri vəzifələrində çalışıb.

Sevinc İltifatqızı
 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu