Modern.az

İranda 7 namizəd prezident seçkisinə BURAXILDI – SİYAHI

İranda 7 namizəd prezident seçkisinə BURAXILDI – SİYAHI

Dünya

25 May 2021, 18:07

İranın Qəyyumlar Şurası gələn ay - 18 iyunda keçiriləcək prezident seçkisinə 7 namizədi buraxıb.

Modern.az xəbər verir ki, seçkiyə buraxılanlar aşağıdakı siyasətçilərdi:

1. İbrahim Rəisi
2. Möhsün Rezayi
3. Möhsün Mehralızadə
4. Səid Cəlili
5. Əlirza Zakani
6. Əbdulnasir Hümməti
7. Əmirhüseyn Qazizadə-Haşimi

Siyahı Daxili İşlər Nazirliyi tərəfindən mayın 25-də açıqlanıb və seçki kampaniyasına start verilib.

Hazırkı prezident Həsən Ruhaninin müttəfiqləri və digər tanınmış siyasətçilər seçkiyə buraxılmayıb.

İran parlamentin keçmiş sədri, mühafizəkar Əli Laricani, indiki vitse-prezident Eşaq Cahangiri və keçmiş prezident Mahmud Əhmədinejat da seçkiyə buraxılmayan siyasətçilər sırasındadır.

Verilən məlumata görə, ümumilikdə namizədlik üçün 590 nəfər sənəd verib ki, onlardan da cəmi 7-si qeydə alınıb.

Xatırladaq ki, hazırkı prezident Həsən Ruhani iki dəfə dalbadal seçildiyindən, yenidən namizəd ola bilməz.


Ekspertlət İran ədliyyəsinin rəhbəri İbrahim Rəisini seçkidə ən güclü namizəd sayırlar. O, 2017-ci il seçkisində Ruhaniylə mübarizə aparıb. Rəisinin İranın ali dini lideri Xameneyi ilə sıx əlaqələri var.


A.Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza