Modern.az

Bakıda qızlar üçün yataqxana fəaliyyətə başladı - FOTO

Bakıda qızlar üçün yataqxana fəaliyyətə başladı - FOTO

Təhsil

27 Sentyabr 2012, 15:00

Qafqaz Universitetində qızlar üçün  tikilən yataqxana artıq istifadəyə verilib. Yataqxana müdiri Nüsrət Rüstəmov Modern.az-a bildirib ki, sentyabrın 15-dən başlayaraq tələbələr yataqxanaya yerləşdirilir:

“Dövlət imtahanlarının nəticələrindən sonra universitetə qeydiyyat başlayanda, yataqxanaya da qeydiyyat başlandı. Tədris ilinin ilk günündən isə tələbələr yerləşdirilir, hazırda da tələbələrin yerləşdirilməsi davam edir. Yataqxana 250 nəfər üçün nəzərdə tutulub, amma hazırda 120 qız qeydiyyatdan keçib. Azərbaycanlı tələbələrlə yanaşı, Türkmənistan, Türkiyə, Tacikistan, Dağıstan və digər xarici ölkələrdən  olan əcnəbi tələbələr də yataqxanada qala biləcəklər”.

Qeyd edək ki, yataqxananın işçi kollektivi də qadınlardan ibarət olacaq.


Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi