Modern.az

Nazirlik əmək yarmarkaları barədə açıqlama verdi

Nazirlik əmək yarmarkaları barədə açıqlama verdi

Təhsil

27 Sentyabr 2012, 16:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təminatı istiqamətində həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir.

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, 2012-ci ilin ötən dövrü ərzində respublikamızın 50 şəhər və rayonunda keçirilən əmək yarmarkalarında 669-u özəl sektora məxsus olan 1472 müəssisə tərəfindən 11877 boş (vakant) iş yeri təqdim edilib. 
Tədbirlərdə 4334 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 350 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 260 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. Bu müddətdə «Karyerada ilk addım» devizi altında ölkənin ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə keçirilən tədbirlərdə276 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi