Modern.az

Qulu Məhərrəmli təsdiqlədi: “Veriliş öz istəyimlə dayandırılıb”

Qulu Məhərrəmli təsdiqlədi: “Veriliş öz istəyimlə dayandırılıb”

Təhsil

27 Sentyabr 2012, 16:19

“Xəzər” TV-nin 5 illiyi yaxınlaşdığı üçün artıq yeniliklər edilir. Buna görə də bəzi köhnə verilişlərin yayımlanması dayandırılır. Belə verilişlərdən biri də Qulu Məhərrəmlinin aparıcısı olduğu “Gündəm” verilişidir.

Telekanalın mətbuat xidmətindən verilən məlumata görə, artıq veriliş efirdə olmayacaq. Bununla bağlı Modern.az-a danışan Qulu Məhərrəmli bildirib ki, bu doğru məlumatdır.

“Mən hazırda məzuniyyətdəyəm. Həm də biz verilişin formatını dəyişməliyik. Bundan başqa, mənim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs saatlarım çoxdur. Buna görə veriliş dayandırılıb”, – deyə Q.Məhərrəmli qeyd edib.

Q. Məhərrəmlinin sözlərinə görə, verilişin formatında dəyişiklik ediləndən sonra proqram yəqin ki yenidən efirdə olacaq: “Ola bilməz ki, veriliş həmişəlik bağlansın. Veriliş bir müddətdən sonra yenidən efirdə olacaq. Bu başqa cür ola bilməz”.

S.İltifatqızı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi