Modern.az

Rövşanə Bektaşi ANS TV-də Ulvira Qarayevanı əvəzləyəcək

Rövşanə Bektaşi ANS TV-də Ulvira Qarayevanı əvəzləyəcək

Media

27 Sentyabr 2012, 17:38

“İkinci həyat” verilişinin yeni aparıcısı bəlli oldu. Bu barədə Modern.az saytına məlumat verən ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov bildirib ki, yeni aparıcı hazırda ANS TV-də yayımlanan “Bazar səhəri” proqramının aparıcısı Rövşanə Bektaşidir. O qeyd edib ki, proqramın yaradıcı heyəti tamamilə yenilənib və veriliş gələn həftənin birinci günündən telekanalda yayımlanacaq.

  Qeyd edək ki, sentyabr ayının 17-i və 18-də birbaşa yayımlanan “İkinci həyat” verilişinə telefon vasitəsilə canlı bağlanan tamaşaçılar etikadan kənar ifadələr işlətmişdilər. Milli Teleradio Şurasının (MTRŞ) ANS-yə məlum xəbərdarlığından sonra “İkinci həyat” verilişində etik normalardan uzaq ifadələrə yol verilməsi proqramın bağlanmasına və proqramın yaradıcı heyətinin işdən çıxarılmasına səbəb olmuşdu. Aparıcı Ulvira Qarayeva da efirdən uzaqlaşdırlmışdı.  

Aytən Əliyeva
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi