Millət vəkili Gülər Əhmədova insult keçirib. Modern.az xəbər verir ki, bu barədə deputat öz Facebook səhifəsində məlumat verib. Deputatın gözlənilmədən insult keçirməsinə səbəb olaraq onun son günlər məlum videoqalmaqalla bağlı stress yaşadığı bildirilir.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayev millət vəkili Gülər Əhmədovanın ondan 2 milyon dollar rüşvət almasına dair internet vasitəsi ilə videogörüntü yayımlayıb.
Deputatın köməkçisi Əhməd Şahidov Modern.az-a açıqlamasında bu barədə məlumatı olmadığını bildirib
Modern.az