Modern.az

Etibar Pirverdiyev təcili Mingəçevirə getdi

Etibar Pirverdiyev təcili Mingəçevirə getdi

28 Sentyabr 2012, 10:40

Azərbaycanı qaranlığa qərq edən fövqəladə hadisə “Azərenerji”nin prezidentini hərəkətə gətirdi

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkənin enerji təchizatında yaranan problemləri yerindəcə araşdırmaq üçün helikopterlə təcili Mingəçevirə gedib.

Qurumdan hadisə ilə bağlı bildirilib ki, bu gün səhər saatlarında Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının iki transformatoru sıradan çıxıb. Nəticədə paytaxt Bakı ilə yanaşı ölkənin bir sıra rayonlarında enerji verilişi tamamı ilə dayandırılıb. Hazırda transformatorların fəaliyyəti müvəqqəti bərpa olunub. Həmçinin qeyd edilib ki, stansiyada baş verən hadisə zamanı insan itkisi olmayıb.

Hazırda stansiyada bərpa işlər davam etdirilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi