Birləmiş Millətlər Təşkilatı Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Azərbaycan-Ermənistan sərhədində baş verənlərə reaksiya verib.
Modern.az xəbər verir ki, o, təşkilatın baş verənləri narahatlıqla izlədiyini söyləyib.
“Biz Azərbaycan-Ermənistan sərhədində baş verənləri narahatlıqla izləyirik. Tərəfləri vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə və təmkinli olmağa çağırırıq. Anlayırıq ki, danışıqlar davam edir. Bütün həll olunmamış məsələlər dialoq və diplomatiya yolu ilə həll olunsun”.