Avropa Birliyinə üzv bir qrup ölkənin xarici işlər nazirləri Azərbaycana səfər edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfərin məqsədi Avropa Birliyinin Cənubi Qafqaz ölkələrində baş verən proseslərdə daha yaxından iştirak etmək niyyətidir.
Səfərin baş tutacağını Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel də təsdiqləyib.
Avropalı XİN başçıları Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəklər.