İstanbul Böyük şəhər Bələdiyyəsi Məzarlıqlar Müdirliyinə bağlı heyət Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarının açılması qərarı ilə bağlı “Anıt Məzar”da ölçü götürüblər. Modern.az Anadolu Agentliyinə istinadən bildirir ki, heyət bu gün səhər saatlarında məzarlığa gələrək qəbrin ölçülərini götürüblər. Belə ki, məzar açılarkən ona zərər dəyməsi nəticəsində bu ölçülərə uyğun yeni mərmər hazırlanacaq.
Qeyd edək ki, ölkə başçısı Abdulla Gül Türkiyənin səkkizinci prezidenti, mərhum Turqut Özalın ölümünün səbəblərinin araşdırılması üçün göstəriş verib. A.Gülün təlimatına görə, T. Özalın vəfat etdiyi 17 aprel günü son dəqiqəsinə qədər araşdırılacaq.
Modern.az