Modern.az

“Almaniyaya 150-dən çox tələbə göndərəcəyik” - Nazir müavini

“Almaniyaya 150-dən çox tələbə göndərəcəyik” - Nazir müavini

Təhsil

28 Sentyabr 2012, 15:07

Təhsil nazirinin müavini Qulu Novruzov Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda bildirib ki, Azərbaycan Almaniyaya 150-dən çox tələbə göndərəcək.

Modern.az-ın məlumatına görə, Q.Novruzov bildirib ki, Azərbaycanın təhsil büdcəsi ilə hərbi xərcləri təxminən eynidir ki, bu da dövlətin təhsilə olan qayğısının nəticəsidir.

“ Elm aparıcı sahələrdən biridir. Elm və təhsil siyasətinə nəzər salsaq,  bunu görərik. Bir neçə gün bundan öncə Moskva Dövlət Universitetinin Bakı filialının açılışında Azərbaycan prezdentinin təhsilə verdiyi önəm orada öz əksini tapdı. Azərbaycanda aparılan təhsil siyasəti, buna qoyulan pullar təhsilə verilən önəmin göstəricisidir. Azərbaycanın təhsil büdcəsi ilə onun hərbi xərclərinin eyni olması təhsilə verilən qiymətdən irəli gəlir. Müharibə şəraitində yaşayan bir ölkənin hərbi  büdcəsi qədər təhsilə də pul ayrılır. Gənclərin xaricdə təhsil almasına dair 2007-2015-ci illəri əhatə edən proqrama uyğun olaraq 1800-dək azərbaycanlı gənc dünyanın 600 ölkəsinə təhsil almaq üçün gediblər. Bu il isə bir sıra gənc Avropa İtifaqının ölkələrində təhsil almaq üçün göndəriləcəklər”.

Təhsil nazirinin müavini eyni zamnda Azərbaycanda həyata keçirilən təhsil proqramlarından da danışıb:

“Xaricə göndərilən gənclərin 70 %-i Avropa İttifaqına daxil olan ölkələrin tərkibinə düşür. Əsasən də Almaniyaya göndərilir. Hazırda 275 nəfər gənc Almaniyada təhsil alır. Biz ali təhsilimizi Avropa təhsili ilə  uyğunlaşdırmağa çalışırıq. Almaniyaya 150-dən çox tələbə göndərəciyik. Azərbaycanda insan kapitalı Qətər və s kimi müsəlman  ölkələrindən daha çoxdur”.

Anar KƏLBİYEV  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi