Modern.az

İcra Hakimiyyəti qarşısındakı dövlət bayrağı niyə endirilib?

İcra Hakimiyyəti qarşısındakı dövlət bayrağı niyə endirilib?

28 Sentyabr 2012, 16:55


Nizami Rayon İcra Hakimiyyətinin qarşısındakı dövlət bayrağı endirilib. Bayraq bir neçə gündür ki, İcra Hakimiyyətinin qarşısında dalğalanmır.

Modern.az-a açıqlamasında Nizami rayon icra başçısının köməkçisi Eldar Abbasov danışıb. E.Abbasov qeyd edib ki, bu məsələni böyütməyə ehtiyac yoxdur.

“Bayraq 40x20 ölçüdədir. Külək olanda didilir, cırılır. Buna görə də onu endirib, yenidən təmir edəcəyik. Yaxın günlərdə də qaldırılıb, yerinə qoyulacaq”, – deyə E. Abbasov qeyd edib.

S.İltifatqızı
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi