Modern.az

Bakıda ər və arvad bir-birini bıçaqladı

Bakıda ər və arvad bir-birini bıçaqladı

Hadisə

30 May 2021, 09:29

Bakıda ər və arvad bir-birini bıçaqlayıb.

 

Modern.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

 

Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

 

Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır. (Report)

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər