Modern.az

"Hərbçilər müharibə əlili statusu ala bilmir" - Erməni blogger OD PÜSKÜRDÜ

Dünya

30 May 2021, 09:37

"Müharibə 7 aydır ki, başa çatıb, hələ də hərbçilər müharibə əlili statusu ala bilmirlər. Dövlətin aidiyyatı idarələri süründürməçiliklə məşğuldur". 

 

Modern.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə erməni blogger Xaçik Vardanyan özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, müharibədən sonra dövlətin əlillik təyin edən orqanları tamamilə iflic vəziyyətinə düşüb:

 

"Qaynar xəttə zəng edəndə çox vaxt xəttin işləmədiyini görürsən. Bəzi hallarda isə sənə çox kobud cavab verirlər. Müharibədə yaralanan şəxslərin əlilliyi ilə bağlı status verilmir. Bilinmir ki, filankəs müharibədə yaralanaraq əlil olub, yoxsa qonşusu ilə pivə içərkən dalaşanda xəsarət alıb. Ermənistanda yüzlərlə hərbçi incidilir. Problemləri həll edilmir. Onlara müharibə əlili statusu verilmir". 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal