Modern.az

Sabahdan rayonlara gediş-gəliş bərpa olunur: 72 istiqamət...

Sabahdan rayonlara gediş-gəliş bərpa olunur: 72 istiqamət...

30 May 2021, 14:10

May ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşəcək.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Modern.az-a bildirilib ki, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub. Sərnişinlərə səfərdən öncə “avtovagzal.az” saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmaq tövsiyə edilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü