Modern.az

Somali ordusu "Aş-Şabab"ın 37 terrorçusunu məhv etdi

Somali ordusu

Dünya

30 May 2021, 15:59

Somali ordusu ölkənin Mərkəzi Şabel əyalətində “Aş Şabab” terror təşkilatının onlarla silahlısını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə ordunun baş qərargahının tvitterdə yayılmış xəbərində deyilir. Terrorçulara qarşı əməliyyat Qalka Hararey rayonunda keçirilib.

 

Əməliyyat zamanı 37 terrorçu məhv edilib, daha 2 silahlı tutulub. Ordu bir gün əvvəl də bu rayonda analoji əməliyyat keçirib. Əməliyyat zamanı 15 silahlı zərərsizləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal