Modern.az

Hay başı üzərində “Türk yumruğu”...

Hay başı üzərində “Türk yumruğu”...

31 May 2021, 09:00

XIX əsrin sonlarında hay quldurlarının davamlı basqınlarından qurtulmaq üçün tərəkəmə babalarının Qarabağ bölgəsindən Gədəbəy mahalının Misginli obasına (sonralar bu yurd-yuva mərkəzindəki sucaq yerdə pöhrələyən söyüd ağaclarına görə Söyüdlü adlanıb) köçdüyünü bildirən Cavanşir Qurban oğlu Kərimovun (1933) Sovet Ordusu sıralarında həqiqi hərbi qulluq keçdiyi dövrdə hay mənşəli əsgər yoldaşının münasibəti ibrətamiz nümunə kimi hələ də yaddaşında qorunub saxlanılır.

  
Milli dəyərini itirməyən və 1953-cü ilə aid olan bu xatirənin məzmunu belədir:

 
- Gədəbəy rayonundan Bakı şəhərinin Biləcəri qəsəbəsindəki Hərbi xidmətçilərin Respublika çağırış məntəqəsinə yığışıb Ukrayna SSR-nin Xarkov şəhərinə yola düşəndə aramızda paytaxtdan olan Mişa Adilxanyan elə ilk gündən bir neçə soydaşımıza mən qarışıq aman vermirdi. Qısa müddətdən sonra bölgü aparıldı, biz Çerniqov şəhərində aviasiya alayında yenə də bir yerdə olduq bu “erməni” ilə.

O, eyni müddət çağırışçı yoldaşlarımıza hədə-qorxu gəlir, onlardan pul tələb edirdi, bir sözlə hamının “gözünün odunu söndürmüşdü”.

Bir dəfə bazar günü hamı şəhərə çıxmışdı, mən bu “erməni” ilə qalmışdım hərbi “evdə”.

Yaxınlaşdı mənə ki, bilirsən də, mənə haqq verməlisən. Dedim, nəyə görə.

- Belə lazımdır, əgər verməsən, şillə ilə başa düşərsən.

Elə bu söz ağzından çıxmışdı ki, hirs vurdu başıma, bilmədim, bunu başımın üstünə necə qaldırıb, çırpdım döşməyə... ağız-burun qan, kirimişcə durub oturdu bir qıraqda. Bir azdan yerlilərdən bir əsgər yoldaşım gəldi, vəziyyəti ona dedim, o nə desə yaxşıdır:

- Bu  “ermən” tayfasının qabağından qaçdıqca, onlar bizi üstələyəcək, onların əlacı başlarına yumruğu vurmaqdır.

Onun dediyi bu hikmətli sözlər atam Qurban Səryalı oğlunun (1864 -1974) 1960-cı illərdə mənə etdiyi vəsiyyətlə eyni idi. Çünki, bizim kəndə hələ 1905-ci ildə Şəmkir nahiyəsinin “erməni” kəndlərindən edilən hücumun önündə atla gələn bir hay quldurunu kəndin girəcəyində, “Mollalı yeri”ndə sərrast atıcı Abbasəli Alı oğlu (1860-1974) neçə vurub yerə salmışdısa, quldur dəstəsi kəndə girməyə cürət etməyib, geri çəkilmişdi.

İbtidai-insan hay kütləsinin başı üzərində “Domokl qılıcı”nın - “Türk yumruğu”nunun həmişə asılması zəruriliyinə dair  bir nümunəni də Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Murad Alı oğlu (1959) söylədi:

-1980-ci ildə Odessa Mühəndislik İnstitutunun Bakı fililalını bitirib “Xəzər Dəniz Gəmiçiliyi İdarəsi”ndə “Sovet Azərbaycanı” gəmi-bərəsində texnik-mühəndis vəzifəsində işə başladım. İdarə rəhbərliyinin, Maliyyə və Ümumi şöbəsinin əksər işçiləri  “erməni”lər idi. Bizim gəmi-bərənin də kapitanı Bakı şəhərinin Bülbül prospektindəki qədim, tarixi binaların birində yaşayan Eduard  Martirosyan idi, 30-35 yaşı olardı, o, 1990-cı ilədək bu vəzifədə işlədi.

“Sovet Azərbaycanı” gəmi-bərəsinin yükü müxtəlif sənaye, tikinti və istehlak məhsulları olmaqla, həcmi  30 vaqon, 20 yük maşını idi, həm də Bakı-Krasnovodsk (indiki Türkmənbaşı) reysi üzrə (12 saat ərzində) sərnişin daşınmasını da həyata keçirirdi. Bu “erməni” 50-60 nəfərlik gəmi heyətinə (hamısı müsəlman-türk olmaqla) “qan ağladırdı”, “göz verib-işıq vermirdi”.

Gəmidə boş dayanmağa, “nəfəs almağa” qoymurdu, özünün xüsusi minik maşınından başqa heç kimin maşınını reys zamanı gəmidə saxlanılmasına icazə yox idi. Onun başına “Türk yumruğu”nu vurmağa imkanımız yox idi, məlum vəziyyətə görə, ona görə də dözməkdən başqa çarəmiz yox idi.

R.S. “Sovet Azərbaycanı” bərə-gəmisi istismar müddəti başa çatdıqdan sonra Bakı Dəniz Limanında sahil-restoranı kimi istifadə edilmişdir.

 

Qismət  Yunusoğlu,  
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi